Havaların isti keçməsi ziyanvericilərin sayının artmasına səbəb olur

25 Yanvar 2013 12:46 (UTC+04:00)

Azərbaycanda qış fəslinin mülayim keçməsi kənd təsərrüfatına mənfi təsir göstərir.

Bu fikirləri SalamNews-a Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirib.

O vurğulayıb ki, yağış və qar aqrar sahə üçün mühüm amildir: "Lakin havaların isti keçməsi kənd təsərrüfatına əks-təsir göstərir. Bu cür havaların keçməsi ziyanvericilərin sayının artmasına səbəb olur. İsti havaların digər mənfi tərəfi odur ki, tez oyanan bitkilərin tumurcuqlanması və çiçək açması ilə nəticələnə bilər ki, bu da meyvə məhsulunun məhvinə gətirib çıxara bilər. Onların normal yetişməsi mümkün olmur. İsti havalar torpaqda zərərvericilərin artmasına da gətirib çıxarır."

Nazirlik rəsmisi vurğulayıb ki, havanın mülayim keçməsi nə qədər çəkəcəyini bilmirik. İndidən bu haqda danışmaq tezdir. Baxaq görək hidrometeoroloqlar nə proqnozlar verəcəklər, ondan sonra, yəni təxminən fevral ayında bunun nəticələri barədə danışmaq olar. Amma qeyd etdiyim kimi, havanın belə mülayim keçməsi kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər.