Planetin 100 ən zəngin sakini arasında azərbaycanlı

25 Yanvar 2013 12:53 (UTC+04:00)
"Bloomberg" planetin ən zəngin 100 sakininin siyahısını tərtib edib. Həmin siyahıya azərbaycanlının da adı düşüb. Bu 100 nəfərin cərgəsinə qonşu Rusiyadan 12 zəngin düşə bilib. Eyni zamanda reytinqin ilk beşliyini də elə rus oliqarxları tutublar: Əlişər Usmanov, Viktor Vekselberq, Leonid Mixelson, Vladimir Lisin və Vladimir Potanin.

"Bloomberg" "Meqafon"nun sahibi Usmanovu 36-cı yerdə yerləşdirərək onun sərvətinin 19,8 milyard dollar olduğunu açıqlayıb. Viktor Vekselberq 42-ci yerdə 18,2 milyard dollar, "Novateka"nın sahibi Mixelson 17, 4 milyard dollarla 43-də, Lisin 46-cı yerdə (16,8 milyard), "İnterros"un sahibi Potanin isə 16,2 milyard dollarla 4-cu yerdə qərarlaşıb.

Bu siyahıya həmçinin Mixail Fridman (53-cü yer, 15,3 milyard), Aleksey Mordaşov ( 54-cü yerdə 15 milyard), Roman Abramoviç (57-ci yerdə 14,8 mlrd), Andrey Melniçenko (66, 13,9 mlrd), Mixail Proxorov (68, 13,6 mlrd), Rusiyada yaşayan azərbaycanlı iş adamı, milyarder Vahid Ələkbərov (76, 12,9 milyard), Oleq Deripaska (98-ci yerdə 11 milyard dollar) da düşüb.

Müqayisə üçün"Bloomberg"in "top-100"nə 37 amerikalı, 8 alman, 4 fransız və 1 çinli təqdim olunub. Bu siyahının lideri hələ də planetin ən zənginləri meksikalı Karlos Slim və ABŞ-dan Bill Qeytsdir.