Hava kəskin dəyişəcək, sulu qar və qar yağacaq

25 Yanvar 2013 13:43 (UTC+04:00)
Uzun müddət Azərbaycan ərazisində davam edən anomal isti hava şəraitindən sonra yanvar ayının son günlərində havanın dəyişiləcəyi gözlənilir. Movqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin sayt;na istinadən xəbər verir ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 27-si axşam və 28-dən 29-na keçən gecədən fevralın 2-dək Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında isə yanvarın 26-da havanın dəyişkən buludlu olacağı, axşam havanın tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 13-18 dərəcə isti olacaq. Yanvarın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə, bəzi yerlərdə 12 dərəcəyədək isti təşkil edəcək.