İran kanalının yayımı dayandırıldı
25 Yanvar 2013 16:56 (UTC+04:00)
Movqe.Az bildirir ki, İspaniyanın
Madrid bölgəsində yayımlanan İran televiziya kanalı Hispan TV-nin
verilişləri, "insan hüquqlarını ciddi pozan şəxslərin rəhbərlikdə
iştirak etdiyi" səbəbiylə dayandırılıb. Madridin Rəqəmsal Peyk
Televiziyasında (TDT) keçən il bir dərnəyə aid kanalı kirayəyə
götürərək İspaniyada yayımlanan Hispan TV, Avropa Birliyinin İrana
qarşı sanksiyalarına ilişib. İspaniya dövləti keçən fevral ayında
Hispasat peykindən yayımlanan və Latın Amerikadan da izlənilə bilən
Hispan TV və ingilis kanal Press TV-yə də qadağa qoyub. İranın nüvə
proqramına qarşı sanksiya tətbiq edən AB ölkələri arasına
qatılan İspaniya mərkəz hökumətinin, Madrid Regional rəhbərliyinə
də bir xəbərdarlıq göndərdiyi ifadə edilir.