Dəniz şabalıdı həyatını dəyişib

25 Yanvar 2013 16:35 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yunanıstanın İskados adasında ötən ilin yay tətilində dəniz şabalıdını tapdalayan əslən ingilis olan  Kallum Halın həyatı birdən-birə dəyişib. 20 yaşındakı gəncin ayağında yaranan infeksiya, iflic keçirməsinə gətirib çıxarıb. Onurğasında yaranan tennis topu böyüklüyündəki absenin partlaması nəticəsində dərhal əməliyyata alınan gənc həyatda qalıb, lakin bədənini hərəkət etdirə bilməz hala gəlib. Ayaqlarını az da olsa hərəkət etdirməyə başlayan Hal yenidən yerimə şansının az olduğunu söyləyən həkimlərini təəccübləndirməyə qərarlıdır.