Panetta: "Qadınların köməyilə ordunun gücü artacaq"

25 Yanvar 2013 16:47 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ müdafiə naziri Leon Panetta qadınların döyüşlə bağlı vəzifələrdə xidmət etməsinə icazə verilməsinin, ordunun döyüşləri qazanmaq qabiliyyətini gücləndirəcəyini bildirib. ABŞ müdafiə naziri Leon Panetta, Amerika insan hüquqları lideri Martin Lüter Kinqin xatirəsinə Pentaqonda təşkil edilən mərasimdə etdiyi çıxışında ordunun, ''Amerika xalqının bütün fərqli qüvvlərinə'' açıq olduğu təqdirdə daha güclü olacağını qeyd edib. Leon Panettanın bu gün təşkil edəcəyi mətbuat konfransında, orduda qadınların məhdud vəzifələrdə xidmət etməsinə qarşı olduğunu bildirib.