Ölüm haqda fikirlər sağlamlıq üçün faydalıdır

24 Aprel 2012 14:44 (UTC+04:00)

Psixoloqlar uzun müddət güman edirdilər ki, ölüm haqda düşünmək sarsıdıcıdır və depressiyaya gətirib çıxardır. Lakin Missuri Universitetindən olan amerikalı alimlər bu nəzəriyyənin düzgün olmadığını qeyd ediblər. Onlar hesab edirlər ki, ölüm haqda fikirləşmək insanın səhhətini yaxşılaşdıra bilər.

Mütəx
əssislər bu mövzu ilə bağlı son tədqiqatların ətraflı analizini aparıblar. Onlar ölüm haqda təbii xatırlamaların müsbət tərəfini göstərən çoxlu sayda eksperiment nümunələri aşkar ediblər. O cümlədən 2008-ci ildə psixoloq Metyu Qailliotun apardığı müşahidə təkcə qəbiristanlıq yaxınlığında olmağın insanlara yaradıcılıq planında nə qədər təsir etdiyini göstərib. Bu ovqat yad adama kömək etmək istəyən könüllülərin sayını artırır.

"Tədqiqatçılar xəbərdarlıq etmişlər ki, əgər mənəvi dəyər insanlar üçün mühüm olubsa, ölümə yüksək diqqət bu cür yaradıcılıq davranışının artmasını stimullaşdıracaq"- yeni tədqiqatın aparıcı müəllifi Kennet Beyl bildirib. Alimlər eksperimentlər vasitəsilə sübut etmişlər ki, ölümün mümkünlüyü haqda xatırlamalar insanı şüuraltı olaraq öz həyat tərzini yaxşılaşdırmağa - az siqaret çəkməyə, daha çox hərəkət etməyə məcbur edir.

Rusiyalı alimlər yeni nəzəriyyəyə müxtəlif cür yanaşırlar. "İnsan ölüm haqda düşünərək özünü daha adekvat aparmağa başlayır. Əks-halda o, hesab edir ki, ölməzdir və sağlamlığın pisləşməsinə səbəb olan çoxlu miqdarda səhvlərə yol verir, məsələn, zərərli vərdişlər qazanır. Mən hamıya ətraf mühiti sakit şəraitdə dərk etmək üçün vaxtaşırı qəbiristanlıqlara getməyi məsləhət görərdim"- psixoloq Yeqorov qeyd edib.

"Əgər insan qorxaqdırsa, təkcə "ölüm" sözü onu ümidsizliyə və stupor (bəzi ruhi xəstəliklər zamanı xəstənin hərəkət və danışıq qabiliyyətini tamamilə itirdiyi hal) vəziyyətinə sala bilər. Yox, əgər o həyatdan nə istədiyini bilirsə, ona filosof kimi yanaşacaq. Insan öldüyünü bilən vaxt öz həyatını dəyərləndirməyə və onu şüurlu şəkildə yaşamağa başlayır"- psixoloq Yevgeni Sayapin bildirib.