Fransızlardan hava ilə işləyən atomobil

25 Yanvar 2013 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yanacaq qiymətlərindəki artım və qlobal istiləşməylə birlikdə texnoloji inkişaflar az benzin işlədən avtomobil modelləri inkişaf etdirilməsini təmin edir. Bu sahədəki son addım iki fransız avtomobil şirkətinin ortaqlığından gəlib. Bu, prototip benzinlə havanı birləşdirən ilk hibrit modelə sahib avtomobildir. Yüksək sürətdə gedərkən benzin mühərriki çalışır, sürət 70 kilometrdən aşağı düşən zaman isə hava mühərriki dövrəyə girir. Avtomobil yavaşladığı zaman hava sıxışdırılaraq oturacaqların altındakı depoya alınır. Havanın təzyiqi azaldılan zaman hidravlik nasos sistemi ilə ortaya çıxan enerji təkərləri çevirir. Elektrikli hibrit modellərdən daha ucuz satılacağı ifadə edilən modelin 2016-cı ildə bazara çıxarılması gözlənilir.