Berluskoni Mussolinini təriflədiyinə görə tənqid atəşinə tutuldu

28 Yanvar 2013 10:52 (UTC+04:00)

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni faşist diktator Benito Mussolinini təriflədiyinə görə tənqid atəşinə tutulub.

Bu fikirləri seçkiqabağı onun rəqiblərinin tənqid atəşinə tutulmasına səbəb olub.
"İndi özümüzü o illərdə (1930-1940) qərar verən adamların yerində təsəvvür etmək çətindir. Aydındır ki, o zamankı İtaliya hökuməti Almaniyanın qalib gəlməyindən ehtiyat edərək, ona qarşı mübarizə aparmaqdansa müttəfiq olmağı üstün tutub. Bu ittifaqla da yəhudilərlə və onların məhv edilməsi ilə bağlı olan qanunlar reallığa çevrildi. Baxmayaraq ki, bu Mussolinin ən böyük səhvi idi, onun gördüyü yaxşı işlər də var idi", - deyə Berluskoni bildirib.
"Mussolinin təriflənməsi İtaliyanın demokratiya anlayışına təhqirdir", - deyə sol mərkəzçilərin liderlərindən biri olan Rozi Bindi bildirib.