Azərbaycanın istehsal etdiyi tapançalar tabel silahı kimi istifadə olunur
28 Yanvar 2013 12:01 (UTC+04:00)
Ötən il Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) "İqlim"
zavodunda Türkiyənin TİSAŞ şirkəti ilə birgə 1600 ədəd tapança
istehsal edilib. Bu barədə APA-ya açıqlamasında TİSAŞ şirkətinin
İdarə Heyətinin sədri Əhməd Aləmdaroğlu məlumat verib.
Ə. Aləmdaroğlunun sözlərinə görə, istehsal edilmiş tapançalar plan
üzrə sifarişçilərə təhvil verilib: "Artıq bu tapançalar Azərbaycan
Silahlı Qüvvələrində tabel silahı olaraq qəbul edilib. Tapançalar
keyfiyyətinə və atış ömrünə görə Türkiyə Silahlı Qüvvələrində
istifadə olunan modellərimizlə eynidir".
Şirkət rəhbərinin sözlərinə görə, Bakıda hazırda 3 model – "İnam",
"Zəfər" və "Zəfər-K" adlı tapançalar istehsal edilir. Azərbaycan
tərəfində artıq tapançaların istehsalı təcrübəsi formalaşıb.