Bakıda yük maşını piyadanın üstündən keçdi

28 Yanvar 2013 12:43 (UTC+04:00)
Bu gün səhər saatlarında Bakı şəhərində ağır yol qəzası olub. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza bu gün saat 05.50 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakiniXəyyam Məmmədov "MAN" markalı avtomaşını idarə edərkən yolu keçən həmyerlisiƏziz Qoсayevi vurub. Nətiсədə piyada hadisə yerində ölüb.