Putin ekstremal idman növlərindən imtina etməyi düşünmür
28 Yanvar 2013 13:01 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin səhhətilə bağlı bütün şayiələrə
baxmayaraq ekstremal idman növlərindən imtina etməyi düşünmür. Onun
sözçüsü Dimitri Peskovun sözlərinə görə, Rusiya dövlət başçısı fəal
hobbisini davam etdirəcək: "Ola bilər ki, yayda dalğıclarla üzsün.
Nadir heyvanların qorunması ilə bağlı mübarizəni davam etdirəcək.
O, özünün seçdiyi həyat tərzini davam etdirəcək".
Rusiya adminitrasiyasından digər bir mənbə isə deyib ki, Putin
nəinki üzmək, hətta yenidən hokkey oynamaq və Antraktidadakı
stansiyaya baş çəkməyi düşünür.
Xatırladaq ki, 2012-ci ildə Vladimir Putin Çili prezidenti
Sebastyan Pinyera ilə birgə Antraktida stansiyasına getməyi təklif
etmişdi. Bu səfərin yanvarın sonunda reallaşacağı düşünülürdü. Amma
Putinin yardımçısı D. Peskov deyib ki, həmin tarxidə dəyişikliklər
olunacaq.
Bir müddət əvvəlsə Rusiya KİV yazmışdı ki, Putinin 60 yaşı tamam
olandan sonra o, payızda belindən ağır travma almışdı. Məhz bundan
sonra Putinin "prezident-idmançı" həyat tərzindən imtina edəcəyi
gözlənilirdi. Jurnalist və müşahidəçilər onun sakit "müdrik
patriarx" imicdə olacağını gözləyirdilər.