Çoxuşaqlı ailələrə yardımlar olacaq

28 Yanvar 2013 13:39 (UTC+04:00)

"Azərbaycanda çoxuşaqlı ailələrə dövlət tərəfindən göstərilən yardımlar ünvanlı xarakter daşıyacaq". Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, 2001-ci ildən başlayaraq sosial müdafiənin güzəşt və imtiyaz sistemindən imtina edilərək ünvanlı sosial müdafiə sisteminə üstünlük verilib: "Hansı regionda çoxuşaqlı ailələr daha çoxdur, harada ailələrin sosial vəziyyəti daha aşağıdır, onlara əlavə güzəştlər, yardımlar göstərmək olar. Elə çoxuşaqlaı ailə ola bilər ki, onların maddi vəziyyəti çox yaxşı olsun. Belə ailələrə əlavə yardımlar göstərilməsinə ehtiyac yoxdur. İstər çox uşaq oldu, istər az, adambaşına düşən ailənin gəliri yaşayış minimumundan aşağıdırsa, ünvanlı sosial yardım veriləcək".