27 yanvar tarixində "İRƏLİ" Təlim və Karyera Mərkəzinin təşkil etdiyi "Müasir İqtisad Məktəbi" layihəsi çərçivəsində "Sığorta hadisəsi" mövzusunda seminar keçirilib. Seminarın qonağı "Standard İnsurance" şirkətinin vitse-prezidenti, Azərbaycan Sığortaçılar Assosasiyasında Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli olub.
Seminar zamanı sığorta hadisələri, sığorta hadisələrinin
yaranması, növləri, sığorta hadisəsi zamanı sığorta şirkətinin,
sığortalanan tərəfin üzərinə düşən vəzifələr, sığorta hüquqları və
s haqda məlumat verilib. Daha sonra seminar diskussiya şəklində
davam edib və ekspert tərəfindən iştirakçıları maraqlandıran
suallar cavablandırılıb. Seminar zamanı aktiv iştirak edən 3
iştirakçı "İRƏLİ" Təlim və Karyera Mərkəzi tərəfindən
mükafatlandırılıb. Samirə Kərimova, Arzu İbrahimova və Müslüm
Hüseynovun əmlakı 25.000 AZN dəyərində "Standard İnsurance"
tərəfindən pulsuz olaraq sığortalanıb.