Rusiya əhalisinin sayı artıb

28 Yanvar 2013 16:08 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin liderliyində davam etdirilən azalan nüfuzla mübarizə işləri nəticə verib. Rusiyanın Sovet hakimiyyətindən sonrakı dövrdə nüfuzu ilk dəfə 2012-ci ildə 276 min 200 nəfəri ötərək 143,3 milyona yüksəlib. Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, 2012-ci ilin ilk 11 ayında 1 milyon 744 min uşaq dünyaya gəlib. 2011-ci ilin eyni dövründə bu rəqəm 1 milyon 639 min olmuşdu. Ölüm rəqəmləri isə bir əvvəlki ilə görə azalıb. 2011-ci ildə 1 milyon 770 min nəfər , 2012-ci ildə 1 milyon 740 min nəfər dünyasını dəyişib. 2011-in ilk 11 ayında təbii əhali artımı 4 min 600 olubRusiyada əhali artımına ən böyük dəstəyi isə immiqrantlar verib. 2011-ci ildə 286 min 300 immiqrantın yerləşdiyi ölkəyə, 2012-ci ildə 271 min 618 qaçqın gəlib. Rusiya xaricdə yaşayan vətəndaşların ölkəyə köç etmələrinə yardım edir.