Tanınmış müğənni ana olmaq istəyir

28 Yanvar 2013 16:40 (UTC+04:00)

Movqe.Az bildirir ki, Ana olmaq istədiyini hər fürsətdə dilə gətirən türk müğənni Bengü, nişanlısı Akın Altan ilə ailə həyatı qurmaq istəyir. Evlənib uşaq sahibi olsa da kariyerasına davam edəcəyini bildirən Bengü, körpə həsrətini dilə gətirərək bunları söyləyib: "Uşaq ayaqlarını görən zaman dişləmək istəyirəm. Analıq duyğusunu dadmadan heç bir qadının ölməsinin tərəfdarı deyiləm." Oğlan uşaq sahibi olmağı çox istədiyini bildirən Bengü, qısqanc bir ana olacağını da sözlərinə əlavə edib. Müğənni, "Çox qısqanc olaram. Uşağımın ən çox məni sevməsini istəyirəm." deyib.