Rihannanın sevgilisi məhkəmədə

28 Yanvar 2013 16:10 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Grammy" mükafatlı müğənni Kris Braunun Kaliforniyada avtomobil dayanacağında bir nəfərə hücum edərək yumruq atdığı bildirilib. Hadisəni ilk yayan internet saytı "TMZ", Braunun hücum etdiyi şəxslə bağlı məlumat verməsə dədavaya qarışanlar arasında "Grammy" namizədlərindən Frank Oceanın da olduğunu bildirilib. Kris Braun, 2009-ci ildəki "Grammy" mükafatlarının verilməsindən əvvəl birlikdə olduğu Rihannaya əl qaldırması mərasimdə səs-küyə səbəb olmuşdu. Xatırladaq ki, Braun keçən il Nyu Yorkdakı bir gecə klubunda hip-hop ulduzu Drakenin dostlarıyla etdiyi davada yarakanmışdı.