Melo: " Olanlar üçün məyusam"

28 Yanvar 2013 16:36 (UTC+04:00)
"Beşiktaş"a qarşı derbi oyununda meydandan qovulan Felipe Melo tvitterində aldığı qırmızı vərəqə haqda fikirlərini bölüşüb. Melo Oğuzhana tüpürmədiyini söyləyib: "Mən rəqibə iddia edildiyi kimi tüpürmədim. Olanlar üçün məyusam. 100 kamera vasitəsiylə baxarkən də mənim tüpürmədiyim açıq-aşkar görünür. Mənə qarşı əvvəlcəqayda pozuldu, sonra isə söyüldüm. Mən də qarşılığını verib, geri çəkildim". Qeyd edək ki, braziliyalı futbolçunun 4 oyunluğa cəzalanacağı gözlənilir.