Meqastar Tarkan Azərbaycana gəlir

28 Yanvar 2013 17:36 (UTC+04:00)

Movqe.Az bildirir ki, Pərəstişkarlarının maraqla gözlədiyi Meqastar Tarkanın Azərbaycan proqramı müəyyən olunub. Təşkilat şirkətinin mətbuata verdiyi məlumata görə, Tarkan Azərbaycanda 2 konsert verəcək. Tarkan ilk olaraq 22 fevralda Bakı Heydər Əliyev Sarayında sevənləri ilə görüşəcək. Məşhur sənətçi ikinci konsertini isə 24 fevral Qəbələ şəhərində verəcək. Tarkanın sevilən digər mahnılarından əlavə son albomunda olan "Səndən nigaranam" adlı Azərbaycan mahnısını da səsləndirməsi gözlənilir.