İngiltərədən vətəndaşlıq almaq istəyənlər üçün yeni test

28 Yanvar 2013 17:31 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərədəki koalisiya hökuməti İngiltərədə vətəndaşlıq imtahanını yeniləyib.
Buna görə, İngilis vətəndaşı olmaq istəyənlər, ölkənin tarixini, siyasi hadisələrini bilmək gündəmi təqib etmək məcburiyyətindədir. Vətəndaş ola bilmək üçün imtahandan 75 faiz müvəffəqiyyətlə keçməlidir. İmtahanda məsələn, xatırlama gününün simvolu hansı çiçəkdir?, 2012-ci ildə Kraliçanın hakimiyyətdəki neçənci ili qeyd olunub?, 1805-ci ildəki dəniz döyüşündə ölən Trafalqar meydanında abidəsi olan admiral adı nədir? kimi suallar yönəldiləcək. "Life in the UK" (İngiltərədə Həyat) adlı testdə ölkənin idman musiqisinə aid suallar da veriləcək. Yenilənən imtahan tətbiqinə Mart ayından etibarən başlanacaq. "İngiltərədə Həyat" testindən keçən il 150 mindən çox nəfər qeydiyyatdan keçmişdi. 2002-ci ildə qüvvəyə minən qanunla tətbiq olunmağa başlanan imtahanda məqsəd, şəxsin İngilis vətəndaşlığını almadan əvvəl Birləşmiş Krallıq və ingilis dili  haqqında kafi məlumata sahib olub-olmadığını  yoxlamaqdır.