ABŞ qırıcısı Adriatik dənizi üzərində yoxa çıxdı

29 Yanvar 2013 10:24 (UTC+04:00)
ABŞ Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı İtaliya sahilləri yaxınlığında Adriatik dənizi üzərində təlim uçuşu zamanı yoxa çıxıb. Xəbəri Pentaqon rəsmiləri təsdiqləyiblər.
Bildirilib ki, təyyarə ilə əlaqə itib. Lakin onun qəzaya uğrayıb-uğramadığı hələlik məlum deyil. Pentaqondan verilən məlumata görə, qırıcıda döyüş raketləri olmayıb. Hazırda hadisənin baş verdiyi ehtimal olunan ərazidə axtarışlar gedir.
ABŞ və NATO-nun İtaliyadakı aviabazasının komandanlığı bildirib ki, yoxa çıxan F-16 qırıcısında bir pilot olub.