Bakıda zəncirvari qəza olub

29 Yanvar 2013 10:29 (UTC+04:00)

Paytaxtda 4 maşın toqquşub.Gecə saatlarında paytaxtın Xətai rayonu ərazisindəki Nobel prospektində "Mercedes" və "VAZ-2107" markalı minik avtmobilləri toqquşub.

Zərbənin təsirindən "VAZ-2017"-nin sürücüsü idarəetməni itirib və maşını "VAZ-2016" markalı digər avtomobilə çırpıb. Qəza zamanı ərazidə olan "Lada" markalı digər bir avtomobil də yüngül əzilib.
Zəncirvari qəza nəticəsində 33 yaşlı Sadıqov Zəfər Rza oğlu, 25 yaşlı Cabbarova Arzu Rəhim qızı və 1 yaşlı Məmmədəli Hüseyn Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.