Müsəlman dünyası Məhəmməd peyğəmbərin (s) Mövlud gününü qeyd edir

29 Yanvar 2013 10:43 (UTC+04:00)

Yanvarın 24-dən 29-dək davam edən dövrdə (Rəbbiül-əvvəl ayının 12-17 tarixləri), bütün dünya müsəlmanları İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) mübarək Mövlud, yəni doğum gününü qeyd olunur.

Bu günlər bir çox yerlərdə müsəlmanların birliyinə, yaxınlaşmasına, vəhdətinə xidmət edərək Vəhdət Həftəsi hesab edilir.
Allahın bəşər üçün göndərdiyi minlərlə peyğəmbərin sonuncusu, Tanrı dininin ən kamil formasını insanlara çatdıran, bütün yaradılanların ən üstünü olan Həzrəti Məhəmmədin (s) Mövlud günü İslam aləmi üçün ən əziz bayramlardan biridir.
Məhəmməd (s) 40 yaşında olarkən peyğəmbərliyə yüksəlib. Hira mağarasında olarkən, ona Müqəddəs Quranın ilk ayəsi nazil olub.