Müğənnidən “Film kimi” gün

29 Yanvar 2013 11:17 (UTC+04:00)

Azərbaycanlı müğənni Yaşar Cəlilov "Film kimi" mahnısına klip çəkdirib. Sözügedən klipin rejissoru Ceyhun Kərimov, operatoru Anar Məmmədov, stilist-montajçısı isə Azər Aslandır. "Film kimi" klipində qlamur görüntülərdən istifadə olunub.Ekran işində ifaçının tərəf müqavili obrazında Leyla Şirinova adlı xanım çəkilib. Süjet xəttinə əsasən xəyanət ön plana çıxır. Klip yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.

Nəzərinizə çatdıraq ki, mahnının musiqisi Tərlan Məmmədhüseynov və Elçin Cəfərova, sözləri isə Azər Şirinə məxsusdur. Qeyd edək ki, Yaşar Cəlilov yaxın zamanlarda konsert verməyə hazırlaşır. Bununla kifayətlənməyən Cəlilovun 3-cü albomu da işiq üzü görəcək.