Ermənistan və Rusiya hərbi müzakirələr aparacaq

29 Yanvar 2013 11:39 (UTC+04:00)
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən gün İrəvana səfər edib. Səfəri çərçivəsində o Serj Sarkiysanla görüşüb. Məlumat üçün bildirək ki, Şoyqu bu gün Ermənistanın müdafiə naziri Seyran Ohanyanla da görüşməlidir. Nazirlər görüşdə ölkələri arasındakı hərbi və hərbi-texniki əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə edəcəklər.