Gülər Əhmədovaya əvəz axtarılır
29 Yanvar 2013 12:44 (UTC+04:00)
Fevral ayının 1-də Milli Məclisin yaz sessiyasının birinci iclası
keçiriləcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəriAkif TəvəkküloğluModern.az-a bildirib ki, yaz
sessiyasının birinci iclasının gündəliyinə daxil edilən 12
məsələdən biri parlamentin İntizam Komissiyasının tərkibinin
yenidən təşkil edilməsi ilə bağlıdır.
Modern.az-a məlum olub ki, İntizam Komissiyasında fəaliyyət
göstərmiş eks-deputatGülər Əhmədovanın yerinə başqa deputat
seçiləcək.
Qeyd edək ki, Gülər Əhmədova dördünçü çağırış Milli Məclisin
İntizam Komissyasının katibi idi.
İntizam Komissiyasının sədri Siyavuş
Novruzov, üzvləri isə Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar
Mehbalıyev, Fazil Mustafa və Sədaqət Vəliyevadır.
MSK 34 saylı Xətai II seçki dairəsindən deputat seçilmiş
G.Əhmədovanı məlum videoqalmaqalla bağlı mandatdan məhrum edib.
Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət
Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin
külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi
başlayıb. Hazırda sabiq deputat polis nəzarətinədir, istintaq
gedir.