Yol Polisi sürücülərə xəbərdarlıq etdi
29 Yanvar 2013 13:23 (UTC+04:00)
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə
müraciət edib. Müraciətdə avtomobil sürücülərinə mümkün qədər
ehtiyatlı olmağı və ehtiyac yaranmazsa şəxsi avtomobillərdən az
istifadə etməyi məsləhət görülür.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında bildirib
ki, güclü yağış ucbatından Bakının bir çox küçələrində müəyyən
fəsadlar yaranıb. Hətta bəzi yollarda gölməçələr var.
"Hazırda yollarda bəzi çətinliklər olduğu üçün sürücülər çalışıb
mümkün qədər ictimai nəqliyyatdan istifadə etsinlər. Maşın sürərkən
də, diqqətli olsunlar", - deyə V.Əsədov bildirib.