Qazaxıstanda sərnişin təyyarəsi yerə çırpılıb

29 Yanvar 2013 13:24 (UTC+04:00)

Qazaxıstanın Alma-ata şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğradığı bildirilib.Təyyarədə 5-i ekipaj üzvü olmaqla ümumilikdə 21 nəfər olub.Hadisə nəticəsində bütün sərnişinlərin həlak olduğu bildirilir. Təyyarə Skat aviaşirkətinə məxsus olub və Koşketau-Alma-ata reysini həyata keçirirmiş. Hadisə barədə əlavə heç bir məlumat verilmir.