Niderland Avropanı silkələdi
29 Yanvar 2013 14:11 (UTC+04:00)
Niderlanddan gələn xəbər bütün Avropanı silkələyib. Kraliça
Beatriks 45 yaşlı oğlunun xeyrinə taxtdan imtina etdiyini bəyan
edib. Niderland kraliçasının dünən Bakı vaxtı ilə 22.00-da etdiyi
tele müraciətdə, Beatriks 30 aprel tarixində tacı təntənəli şəkildə
oğlu şahzadə Vilyam Aleksandra ötürəcəyini bildirib.
Özünün 75 yaşın içində hələ də sağ-salamat olmasına sevinən
kraliça, ilin sonunda krallığın 200 illiyinin qeyd olunacağını
xatırladıb.
"İstefam kraliça vəzifəminin ağırlığı, işlərin həddən çox olması
ilə əlaqədar deyil. Mən, xalqımızın gələcəyinin yeni nəsilin əlində
olması fikrini əsas tutaraq, taxtdan imtina edirəm. Sizi əmin
edirəm ki, Aprelin 30-da krallığı oğluma, Oran şəhzadəsinə
ötürəcəm", - deyə kraliça Beatriks bildirib.
Xatırladaq ki,yanvarın 31 də 75 yaşı tamam olacaq, Beatriks
Niderland taxtına 1980-cl ildə gəlib. Kraliçanın oğlunun – daha
doğrusu gələcək kral Vilyem Aleksandrın tarixçilik ixtisası üzrə
Leyden Universitetini bitirdiyi bildirilir. 2002-ci ildə evlənmiş
Oran şahzadəsinin 3 qız övladı var.