Qazaxıstanda təyyarə düşüb

29 Yanvar 2013 15:16 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhəri yaxınlığında bir sərnişin təyyarəsi düşüb. Almatı təcili vəziyyət müəssisəsi rəhbəri Yuri Ilyin, Reutersə etdiyi şərhdə, SCAT Hava yollarına aid təyyarədəki 22 nəfərin həlak olduğunu söyləyib. Qırmızı Tu kəndi ətrafında düşən təyyarənin, Kokşetau şəhərindən qalxdığı bildirilib. Almatı Bələdiyyə Başçı Köməkçisi Maulen Mukaşev, Kanada istehsalı Bombardier Challenger CRJ-200 tipli təyyarənin ilkin təyin etmələrə görə pis hava şərtlərindən ötəri düşdüyü nəticəsinə gəlindiyi bildirib. Qazaxıstanda 25 dekabrda 27 nəfər daşıyan bir hərbi təyyarə ölkənin cənubundakı Simkent yaxınlığında düşmüş, qəzada sərnişinlərin hamısı həlak olmuşdu..