Quyudan 8 cəsəd tapılıb

29 Yanvar 2013 19:02 (UTC+04:00)
Movqe.az xəbər verir ki, hər gün çox sayda insanın narkotik qrupları tərəfindən öldürüldüyü Meksikada bir quyuda səkkiz cəsəd tapılıb. Cümə günü 20 nəfərin itkin düşdüyü şimaldakı Monterrey şəhəri yaxınlığındakı Mina qəsəbəsində bir quyuda olan cəsədlərin, itkin kəslərə aid olub-olmadığı araşdırılır. Bu kəslər arasında kombo Kolombia adlı 16 nəfərlik musiqi qrupu üzvlərinin olduğu təxmin edilir. "La Carreta" adlı barda cümə axşamı günü səhnəyə çıxan qrup üzvləri, ertəsi gün itkin düşmüşdü.