Gömrükçülər tərəfindən hüquqpozma predmeti kimi 85 ədəd müxtəlif növ silah götürülüb

30 Yanvar 2013 10:26 (UTC+04:00)

Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində qanunvericiliyin tələblərini pozan şəxslərdən - 337972 ABŞ dolları, 12738 avro, 18516100 rus rublu, 4 kq 651 qram qızıl, 1391745 manat dəyərində 38 ədəd qızıl əşya, 10 kq 218 qram gümüş, 63565 manat dəyərində 3716 ədəd gümüş əşya, 334 karat qiymətli daşlar tutulub.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib.

O deyib ki, alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilib, aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 818728 ədəd xaricdə istehsal olunan siqaret, 1240 litr və 26646 ədəd spirtli içki saxlanılıb.

Onun sözlərinə görə, hesabat ilində mobil telefonlarla əlaqədar törədilmiş hüquqpozmaların xüsusi həcminin artımı müşahidə olunub, hüquqpozma predmeti kimi 13 min 322 ədəd mobil telefon götürülüb. Bundan əlavə, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 4 odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd ov silahı, 32 ədəd soyuq silah, 17 ədəd xalça və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbir görülüb.