Azərbaycana qar yağacaq

30 Yanvar 2013 11:06 (UTC+04:00)

Bu gün Bakıda və Abşeron yarımadasında havanın gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib. Məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən gecə və axşam yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun 3-8 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.