Hind filmində azərbaycanlı müğənninin səsi

30 Yanvar 2013 11:24 (UTC+04:00)
Tanınmış müğənni İlhamə Qasımova bu günlərdə Hindistandan qayıdıb. Müğənninin səfəri tək turistik xarakter daşımırdı. Bu barədə müğənniDay.Azsaytına bildirib.
"Mən Mumbaidə oldum və mənim səsimlə maraqlanan bir şirkətlə razılıq əldə etdim. Onlar mənə təklif etdilər ki, bu yaxınlarda çəkilişlərinə başlanılacaq filmdə mənim səsim də olsun. Bu adi bir film olmayacaq, dünya prokatına çıxarılacaq. Belə böyük layihədə bir neçə mahnı ifa etmək mənə xoşdur. Film gələn ilin başlanğıcından ekranlara çıxacaq", - o əlavə edib.