Türk seriallarında tarixi təhrif etmək mümkün olmayacaq

30 Yanvar 2013 11:29 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "Muhteşem Yüzyıl" serialını tənqid etməsi və AKP millət vəkili Oqtay Saralın təklifi ilə gündəmə gələn "Tarixi seriallarda senzura" məsələsini RTÜK (Radio Televiziya Ali Şurası) müzakirə edəcək. Dəyişiklik "Yayımların milli-mənəvi dəyərlərə zid olmaması barədə RTÜK nizamnaməsi 8-ci maddəsi 1-ci hissəsinin f bəndinə əlavə olunacaq. Bu dəyişikliyə görə, milli-mənəvi dəyərlərlə yanaşı ictimaiyyətin milli dəyərləri daxilində qəbu edilən tarixi hadisələri və şəxsiyyətləri aşağılayacaq, yanıldacaq, olduğundan fərqli göstərəcək yayımları nümayiş etdirmək olmaz.
Qeyd edək ki, qəbul ediləcək bu qaydaları pozacaq kanalların xəbərdarlıq olunmadan cərimə edilməsi nəzərdə tutulur. Dəyişiklik bu gün RTÜK-də keçiriləcək iclasda müzakirə olunacaq və qəbul edilməsi üçün Türkiyə Böyük Millət Məclisinə göndəriləcək.