Azərbaycanda dini icmaların təqdim etdiyi sosial layihələr dəstəklənəcək

30 Yanvar 2013 12:10 (UTC+04:00)

Dini icmalar tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sosial sahədə təqdim olunan layihələr dəstəklənəcək. Bu barədə komitənin sədri Elşad İsgəndərovjurnalistlərə deyib.

O bildirib ki, təklif olunan layihələr ekologiya, gənclik, İKT sahələrində ola bilər:
"Eyni zamanda, dini icmaların öz üzvlərinin modernləşməsinə yönələn layihələri də Komitə dəstəkləməyə hazırdır. Bunlar dil, kompüter kursları ilə bağlı layihələr ola bilər". E.İsgəndərov bildirib ki, təqdim olunan layihələr arasında 10 qabaqcıl və yenilikçi layihə seçilərək maliyyələşdiriləcək.