Hərbi qulluqçuların imzaladığı bəyanata indiyədək 10805 nəfər qoşulub

30 Yanvar 2013 12:35 (UTC+04:00)

Azərbaycanın Milli Ordusunun bir qrup hərbi qulluqçunun yanvarın 26-da imzaladığı məlum bəyanata bu günədək 10805 hərbiçi qoşulub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bəyanatda deyilir ki,bu gün Silahlı Qüvvələrdə şərəfli xidmətimizlə fəxr edirik və Ali Baş Komandanın əmr, göstərişlərini yerinə yetirməyə tam qadirik. Dövlətimizin və hökumətimizin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk.