Yanvarın son günü Azərbaycanda 20 dərəcə şaxta olacaq
30 Yanvar 2013 12:49 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
yanvarın 31-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi,
fasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi
əsəcək.
Havanın temperaturunun gecə 0-3, gündüz 3-6 dərəcə isti olacağı
gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın son günü havanın arabir
yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi
rayonlarda qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə
2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti,
dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta,
gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.