Azərbaycandan Avrasiya Gömrük Birliyinə rədd cavabı

30 Yanvar 2013 12:51 (UTC+04:00)
Azərbaycan Avrasiya Gömrük İttifaqına qoşulmayacaq. Bunu jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, ötən il Brüsseldə Dünya Gömrük Təşkilatının iclasında Avrasiya Gömrük Birliyinin gömrük tərəfdaşlığı naziri Azərbaycana da bu quruma qoşulmağı təklif etmişdi, lakin Azərbaycan tərəfi buna cavab olaraq quruma qoşulmayacağını bildirmişdi.