Balotelli "Milan"da

30 Yanvar 2013 13:53 (UTC+04:00)
"Mançester Siti"nin hücumçusu Mario Balotelli "Milan"la şəxsi müqaviləsini razılaşdırıb. Bu barədə Sky Sport Italia məlumat yayıb. Mənbənin yazdığına görə, italyan forvard maaşının 4 milyon avroya qədər endirilməsinə razı olub. Bonusları nəzərə alsaq, bu məbləğ müəyyən qədər artacaq.Transferin qiyməti 20-23 milyon avro təşkil edəcək. Qeyd edək ki, daha əvvəl  Balotellinin "Mançester Siti"nin futbolçuları və məşqçi heyətilə vidalaşaraq Milana yollandığını bildirmişdi.