Azərbaycana ən çox narkotik İrandan gətirilir
30 Yanvar 2013 14:05 (UTC+04:00)
Bir qədər əvvəl Azərbaycan və İranın gömrük xidməti
orqanlarının rəhbərləri arasında keçirilən görüşdə müzakirə olunan
əsas məsələlərdən biri bu ölkədən Azərbaycana narkotiklərin
qanunsuz keçirilməsi cəhdləri olub. Movqe.az-ın məlumatına
görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev
bildirib.Onun sözlərinə görə, Azərbaycana gətirilən narkotik
vasitələrin əksər hissəsi gömrük əməkdaşları tərəfindən ölkənin
cənub sərhədlərində – yəni, İranla sərhəddə tutulur: "Hətta digər
istiqamətlərdə tutulan narkotik vasitələri araşdıranda da məlum
olur ki, onlar İranın ərazisindən daşınır".
Görüşdə müzakirə olunan digər məsələ iki ölkə arasındakı gömrük
keçid məntəqələrində hərəkətin sadələşdirilməsi və burada
növbələrin yaranmaması, eləcə də nəzarətin gücləndirilməsi, yəni
qanunsuz malların dövriyyəsinin qarşısının alınması ilə bağlı
olub.Görüşdə qərara alınıb ki, iki ölkənin gömrük xidmətlərinin
rəhbərləri 6 aydan gec olmayaraq, yerli gömrük orqanı rəhbərləri
isə ayda bir dəfə görüşsünlər.