Pivə bahalaşacaq?
30 Yanvar 2013 15:56 (UTC+04:00)
Movqe.az xəbər verir ki, dünyanın
ən çox pivə
içən xalqı olan çexlərin
bu vərdişinə son qoymaq
üçün fəaliyyətə keçən səhiyyə naziri
Leos Heger ölkədə
sudan ucuz olan
spirtli içkinin qiymətini
artırmaq istədiyi üçün
tənqid olunub. Bir nəfərə140
litr pivə içən
çexlər üçün bu
içki "ana südü" və
ya "su-çörək" kimi
adlarla xatırlanır. Bu xəbəri pivə
sevər çexlər isə heç də xoş qarşılamayıb. Alim
Vinopol, çexlərin orta
əsrlərdən bəri pivəni
ana südü kimi
qəbul etdiyini, bu
səbəbdən ən kiçik
qanun dəyişikliyinin
müzakirələrə gətirib çıxaracağını
söyləyib.