Kris Broun yenə yumruqladı

30 Yanvar 2013 16:07 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-lı müğənni Kris Broun, 4 il əvvəl də belə bir hadisə ilə gündəmə gəlmişdi. 23 yaşlı Broun, o vaxt sevgilisi Rihannanı döymüşdü. "Grammy" mükafatlı müğənninin qəzəbinə bu dəfə R&B ulduzu Frank Oşn uğrayıb. Oşn, Hollivudda bir parkda Brounun hücumuna məruz qalıb və hər ikisi polis bölməsinə aparılıb. Los Anceles polisindən, Oşnın yediyi dayaq səbəbiylə Brounun cəza almasını istədiyi xəbəri verilib.