Lady Gaganın yanğın göz yaşları

30 Yanvar 2013 16:06 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Braziliyanın cənub hissəsində yerləşən  universitet şəhəri Santa Mariada bazar günü gecə 231 nəfərin ölümünə səbəb olan yanğın  baş verib. "Kiss" adlı gecə klubunda baş verən yanğında yaralanan 129 nəfərin müalicəsi davam etsə də, 76 nəfərin vəziyyəti hələağırdır. 260 min əhalisi olan şəhərdə gecə minlərlə insan yanğının baş verdiyi gecə klubunun qarşısında toplanıaraq ölənləri anıb. Universitet partiyasında ölənlərin yasını tutanlar arasında ABŞ-lı məşhur müğənni Lady Gaga da olub. 26 yaşındakı müğənni faciəni öyrəndikdən dərhal sonra "Twitter" hesabından qurbanlar üçün göz yaşları içində dua edib və bu fotolarını "Twitter" hesabından paylaşıb.