Pis qoxduqları üçün muzeydən qovuldular

30 Yanvar 2013 16:21 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Fransanın paytaxtı Parisdəki Orsay Muzeyini ziyarət edən yoxsul ailənin, "pis qoxmaları səbəbiylə'' muzeydən atıldığı iddia edilib. "Le Figaro" qəzetinə görə, bir xeyriyyəç şənbə günü yoxsul bir ailəni muzeyə aparmağa qərar verib. Van Qoqhun əsərlərinin sərgiləndiyi salondan çıxarkən bir cangüdən ziyarətçilərin qoxudan narahat olduğunu söyləyərək ailənin muzeyi tərk etməsini istəyib. Ailə əvvəlaz ziyarətçinin olduğu bir salona aparılıb, daha sonra isə muzeydən qovulub.