Qutunu açanda şok oldu

30 Yanvar 2013 16:24 (UTC+04:00)

Movqe.Az bildirir ki,  Sosial şəbəkə saytında təxminən cib telefonunu çoox ucuz qiymətə satıldığını görən S.T. adlı biri dərhal sifariş edib, lakin telefonun yerinə saxta ətir əldə edib. Oxşar şikayətlərdə saxta cib telefonu göndərən fırıldaqçılar indi də saxta ətir göndərirlər. Türkiyədə baş verən bu hadisə, Hatayda yaşayan S.T-nin başına gəlib. "sikayetvar.com"-a göndərdiyi şikayətə görə, telefonu ucuz əldə edəcəyini fikirləşib, ancaq gələn paketin içindən ətir çıxıb. Şikayətçinin yaşadığı şok bununla da bitməyib, çünki göndərilən ətir də saxta olub.