Dünyada ilk alkoqolsuz pivə istehsalına start verilib

25 İyun 2018 09:36 (UTC+04:00)

Belçikada dünyada ilk dəfə tam alkoqolsuz pivə istehsalına başlanılıb. Movqet" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı ölkənin "Soir" qəzeti yayıb. 

Dünyaca məşhur "AB İnBev" pivə istehsalçısı bir neçə il ərzində apardığı araşdırmalar nəticəsində 100% alkoqolsuz pivənin innovativ metodunu tətbiq edərək onu patentləşdirib. 
Qeyd edək ki, hazırda dünyada istehsal olunan alkoqolsuz pivənin tərkibində 0,5-1,2% alkoqolun olduğu bildirilir. Yaxın günlərdə Belçikanın mağazalarında yeni innovativ alkoqolsuz pivənin 1 milyon şüşəsinin pulsuz dequstasiyasına başlanacaq. 
Xatırladaq ki, Belçikada 450 növ pivənin istehsal olunur və bunlardan çoxu dünyanın ən yaxşısı hesab edilir. Həmçinin bildirmək lazımdır ki, Belçikada hər növ pivənin öz xüsusi bokalı var.