Şirkət aktrisayla yollarını ayırıb

30 Yanvar 2013 16:55 (UTC+04:00)
Movqe.Az türk mediasına istinadən bildirir ki, Aktrisa Beren Saatın şəxsi həyatından narahat olan "Ay Yapım" şirkətinin, aktrisanı işdən çıxardığı və yoluna Tuba Büyüküstünlə davam etdiyi xəbəri yayılıb. Son beş ildir "Ay Yapım" imzalı seriallarla zirvəyə qalxan Beren Saat, film istehsal şirkətindən qovulub. "20 Dəqiqə" serialında oynaması gözlənilərkən, "İntikam" adlı serial ilə tamaşaçı qarşısına çıxan aktrisanın şəxsi həyatının ön planda olması səbəbi şirkəti narahat edib. Şirkətin müdiri Kərəm Çatay tərəfindən işdən çıxarılıb.