"WhatsApp" istifadəçiləri, ehtiyyatlı olun!

30 Yanvar 2013 17:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Kanada Hollandiya, onlayn mesajlaşma xidməti təqdim edən telefon tətbiqi "Whatsapp"ı şəxsi həyatın gizliliyini pozmaqda günahlandırıb. Kanada Şəxsi Həyatı Qoruma Komissiyası (OPC) Hollandiya Məlumat Qoruma Təşkilatı (CBP), "Whatsapp"ın, istifadəçilərin telefon kontaktlarındakı bütün nömrələri əldə edə bildiyini məlumatların əlində saxladığı üçün şəxsi həyatın gizlilik qanununun pozulması səbəbiylə başlatdığı istintaqda bəzi sübütlar tapdıqlarını açıqlayıb. Telefon kontaktlarındakı digər "Whatsapp" istifadəçilərini müəyyən etmək üçün istifadəçinin kontak siyahısına daxil olan proqram, Whatsapp istifadə etməyən nömrələri qeyd edə bilər. Digər tərəfdən, OPC CBP istintaqın əvvəlində şifrəsiz Wi-Fi əlaqəsi üzərində göndərilən Whatsapp mesajlarının şifrələnmədiyini şifrələnməyən ismarıcların rahatlıqla ələ keçirilə biləcəyini deməsilə proqram sentyabr ayından etibarən göndərilən ismarıcları şifrələməyə başlamışdı. Dekabrın sonunda, proqramın bir gündə 18 milyard mesajı müəyyən etdiyi təyin olunub.