Kiçik qızını qəfəsdə saxlayıb

30 Yanvar 2013 17:40 (UTC+04:00)
Movqe.Az bildirir ki,  Amerikalı bir qadın və sevgilisi, 8 yaşındakı övladlıq qızlarını qəfəsə bağlayıb kinoya gediblər. Nyu Mexiko əyalətində polis, 33 yaşındakı Sindi Patriarçias ilə 37 yaşlı sevgilisi Edmond Qonzalesin valideynlik vəzifələrini laqeyd yerinə yetirdiklərinə görə təqsirləndirib və həbs etdiklətini açıqlayıb. Digər 3 uşağını yanlarında aparan cütlük, yaxınlarda bir məktəbdə təşkil edilən film nümayişinə getmək üçün inkişafdan geri qalma xəstəliyi olan 8 yaşındakı övladlıq qızlarını 1,5 metr yüksəkliyində, 60 santimetr genişliyində taxta bir qəfəsə saldıqları bildirilib. Qəfəsin, qızın otağında yatağının yanında olduğu da qeyd edilib. Hadisənin, Patriarçiasın keçmiş ərinin evə gəlməsiylə ortaya çıxdığı bildirilib. Patriarçias uşaq istismarı, sevgilisi Qonzales isə uşaq istismarına kömək olmaqla təqsirləndirilib. Cütlüyün, 8 yaşındakı qızları və digər 3 uşağının ailədən alınaraq, dövlət qorumasına keçdiyi də qeyd edilib.